SİZİN REKLAM BURADA!
055 213 76 73




Son dövrlər bir çox insanlar bina evlərində otaqların ya təyinatını, ya da sahəsini dəyişdirməyə meyl edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, bu məsələdə bəzi qaydalara əməl etmək lazımdır. Bu zaman layihə sənədlərinə müvafiq qurumlarla razılaşdırılmaqla dəyişiklik etmək olar.

Amma mənzildə bir sıra otaqların təyinatını dəyişdirilməsinə icazə verilmir. Xüsusilə əsas boruların yaxınlığında yerləşən hissələrdə dəyişikliklər edilməsi məsləhət deyil. Onlardan biri də mətbəxdir.

Mətbəxlə yanaşı, sanitar qovşaq da təyinatının dəyişdirilməsinə icazə verilməyən hissə hesab edilir.

Bu tendensiya dəyişikliklər olduğu təqdirdə vətəndaşa mülkiyyəti təsdiq edən sənədin verilib-verilməməsini gündəmə gətrir.

Əmlak Məsələləri Dövlət Komitəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, əgər vətəndaş kommunikasiya xətlərinə zərər vurmadan kiçik dəyişiklik edərsə, bu zaman müvafiq icra hakimiyyətindən icazə tələb edilmir. Mənzildə otaqların təyinatının dəyişdirilməsi mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsindən imtinaya səbəb ola bilməz. Sadəcə vətəndaşa "kupça" verildikdən sonra icra hakimiyyəti orqanına otaqların təyinatının dəyişdirilməsi haqqında məlumat verilir. Komitədən həmçinin bildirilib ki, otaqların təyinatını dəyişdirənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə görə cərimələr tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS