SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Binəqədi sakinləri infrastruktrun bərbad gündə olmasına etiraz olaraq aksiya keçiriblər.

BAKU.WS xəbər verir ki, onlarla qadın Binəqədi yolunu kəsərək nəqliyyatın hərəkətini dayandırıblar. Etirazçılar aidiyyatı qurumları sosial problemlərin həllinə laqeyd yanaşmaqda ittiham ediblər. Onların sözlərinə görə, qəsəbənin yolları bərbad gündədir, azacıq yağış yağan kimi həyətləri su və lil basır. Yerli qurumlar isə problemin həllinə maraq göstərmirlər. Buna görə də sakinlər yuxarı instansiyaların diqqətini problemlərinə yönəltmək üçün yolu bağlayıblar.

BAKU.WS