SİZİN REKLAM BURADA!
055 213 76 73



"Avtovağzal” metro stansiyasının yaxınlığındakı depo tuneli qazılan zaman evləri dağılan Binqədi rayon, Xocahəsən qəsəbəsinin sakinləri bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunu bağlayıblar.

BAKU.WS xəbər verir ki, Motodrom ərazisində məskunlaşan sakinlər onlara ödənilən kampensasiyanın Binəqədi rayon icra hakimiyyəti tərəfindən mənimsənildiyini iddia edirlər. 

"Avqustun 15-də bizim və bizim kimi bir neçə qonşunun evi bərbad vəziyyətə düşüb. Metropoliten əməkdaşları evləri boşaltdı, bizi kirayə mənzillərə çıxartdı, tezliklə köçürüləcəyimizi dedilər. İndi bir neçə gündür ki, İcra nümayəndəliyindən gələn şəxslər evin kvadratmetrinin 500 manatdan hesablanacağını deyir”.

Sakinlər dəymiş zərərin müqabilində təklif olunan kampensasiyanın çox az olduğunu deyirlər: "Bizə verilən pulla heç yerdən ev ala bilmərik. Bundan əlavə biz bilirik ki, Maliyyə Nazirliyi plana düşən evlərin kvadratmetrini 1500 manatdan hesablayıb. Buna baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti özbaşınalıq edir, camaatın kompensasiyanı yeyirlər". Hökümətin bu qədər az məbləğdə kompensasiya verməsi mümkünsüzdür", - etirazçılar musavat.com-a bildiriblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ittihamlara cavab verməkdəın imtina ediblər. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə Metropolitenin hazırda heç bir köçürülmə və yaxud kompensasiya işini icra etmir. "Problemlə aidiyyatı qurumlar məşğul olub”, - Paşayev əlavə edib. 
 
BAKU.WS