SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı video blogger Həsrət Yusifov öz Youtube kanalından izləyicilərinə yeni video təqdim edib.

BAKU.WS xəbər verir ki, o, uzun müddət video paylaşmadığını vertolyot uçuşuna hazırlaşması ilə əlaqələndirib.
 
"Mən çoxdandır ki, Mayami üzərində vertolyot uçuşuna hazırlaşıram. Buna görə də bir müddətdir ki, heç bir video paylaşmırdım. Bu uçuşu həyata keçirmək üçün mən hal-hazırda Oppaloka rayonundayam", - deyə video blogger əlavə edib.

Mayami üzərində qısa müddətli uçuşdan sonra video blogger aldığı xoş təəssüratları izləyiciləri ilə bölüşüb.
   
Həsrət Yusifovun təqdim etdiyi həmin görüntüləri sizə təqdim edirik: 

Arzu Mirzəyeva
BAKU.WS