SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada ilk sürət vertolyotunun birinci sınaq uçuşu iyunda baş tutacaq.
 
BAKU.WS-in məlumatına görə, "HeliRussia 2016" sərgisi zamanı keçirilən mətbuat konfransında "Vertolyotı Rossiya" şirkətinin baş direktorunun müavini Andrey Şibitov yeni nəqliyyat vasitəsi barədə danışıb. 

Şibitov bildirib ki, yeni yaradılan vertolyot saatda 400 km sürətlə uçacaq. Helikopterin sonrakı mərhələdə sürəti saatda 500 kilometrə qədər yüksəldiləcək.

İlk sınaq uçuşu iyun ayında olacaq. Şibitov bildirib ki, bazarda aparılan analiz potensial istehlakçılar arasında vertolyotun sürətinin əhəmiyyətli olduğunu göstərib. 
 
BAKU.WS