SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda yeni tikilmiş binalardan birinin lifti qəzalı vəziyyətdədir.

BAKU.WS xəbər verir ki, sözügedən binada yaşayan sakinlər deyirlər ki, lift tez-tez xarab olduğu üçün ondan normal qaydada istifadə edə bilmirlər.

Onlar liftin uşaqlar üçün yaratdığı təhlükədən də narahat olduqlarını söyləyiblər.
“11 mərtəbəli bina üçün üç nəfərin çətinliklə sığdığı lift qoyublar. O da ki əksər günlər işləmir. İnsanlar 11-ci mərtəbəyə yükü pilləkənlə daşımalı olurlar”, - deyə sakinlər narazılıq bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO