SİZİN REKLAM BURADA!
055 213 76 73


Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş olunub.

Qeyd edilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.
Xatırladaq ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

BAKU.WS
VİDEO