SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması ilə bağlı açıqlama verib.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, idarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli sosial şəbəkələrdə yayılan həmin görüntülərin dövlət əhəmiyyətli yükün daşınması zamanı qeydə alındığını bildirib:
 
“Bununla bağlı müvafiq icazə alınıb. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli yüklərin daşınmasına dair tələblər əsasında daşıma prosesi aidiyyəti qurumlarla birgə təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilib”.
 
***15:04
 
Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması marağa səbəb olub.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
 
Belə ki, yük maşınının üzərindəki ağır texnikanın hündür olması nəqliyyat vasitəsinin yerüstü keçidin altından keçməsinə əngəl törədib.
 
Nəticədə yolun asfalt qatı təmizlənib və yük oradan keçirilib. 
Əldə edilən məlumata görə, yük müstəqillik dövründə tikilən 1 280 meqavatlıq ən böyük elektrik stansiyasına aparılıb. 
 
Yük turbin və generatordan ibarətdir.
 
Qeyd edək ki, müstəqillik dövründə ən böyük elektrik stansiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilib.
BAKU.WS
VİDEO