SİZİN REKLAM BURADA!
055 213 76 73


“Avrora” MMC Beynəlxalq Ahıllar günü münasibətilə maraqlı layihə həyata keçirib.

Belə ki, “Ümid Yeri” uşaq sığınacağına yerləşdirilmiş kimsəsiz uşaqlar Sosial Xidmətlər Agentliyinin “Ahıl şəxslər üçün xüsusi sosial xidmət müəssisəsi”ndə məskunlaşan yaşlılarla görüşə gəlib. 

Duyğusal və əyləncəli anlarla yadda qalan görüşdə həm yaşlılar, həm də uşaqlar maraqlı vaxt keçirib. Uşaq və yaşlıların birlikdə əyləncəsi üçün müxtəlif musiqili şou, rəqs və animasiya proqramı təşkil olunub. Uşaqlar ahıllarla birlikdə rəqs edib, oyunlar oynayıblar. Həmçinin, söhbət edərək çay süfrəsində iştirak ediblər. 

Tədbirin sonunda Avrora şirkətinin dəstəyi ilə ahıllar tərəfindən uşaqlara hədiyyələr verilib.

BAKU.WS
VİDEO

QALEREYA