SİZİN REKLAM BURADA!
055 213 76 73


"15 ildən artıqdır ki, Türkiyənin elə bölgəsi yoxdur ki orada kitab təqdimatı olmasın. Qarabağla bağlı kitabları var. Bəlkə 40-dan artıq universitetdə tədbirlər keçiriblər. Qənirə xanımı Türkiyədə tanımayan yox idi. Hər yerdə onu sevgi ilə qarşılayırdılar. Mən Qənirə xanımın uzun illər jurnalistika faəliyyəti ilə tanış olmuşam. Biz onunla AŞPA-da olmuşuq. Hansı ölkəyə gedirdisə o ölkə ilə bağlı məqalələr yazırdı. Kitab kimi çap etdirirdi. Xalqlar arasında dostluqların yaranmasının bu kitabların rolu var. Milli məclisinin Mədəniyyət komitəsnin sədri kimi çox həssas idi. Elə insan yox idi ki onun yubileyi ya da xoş hadisə olanda Qənirə xanım onları təbrik etməsin".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. Millət vəkili Qənirə Paşayevanın dəfnində iştirak edən Rəşad Məcid onun Xocalıya getməyi arzuladığını bildirib:

"Biz böyük bir adamı jurnaslisti, ictimai xadimi, millət vəkilini itirdik. Bu hamımızın ağrısıdır. Qənirə xanım deyirdi Xocalı qayıtsın mən ora gedim. Tale elə gətirdi ki biz indi onu itirdik". 

Ətraflı videoda:

Müxbir: Tənzilə Əliyeva, Foto: Təranə İbrahimova
BAKU.WS
VİDEO