SİZİN REKLAM BURADA!
055 213 76 73


“Böyük tibb mərkəzlərində növbə sistemi artıq qurulub, eyni zamanda qeydiyyatçıların sayı artırılıb”.

Bu barədə TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, gün ərzində tibb xidmət almaq üçün müraciət edən şəxslərin sayı 2500-3000 civarında dəyişir. Bu bir şəxsə 4-5 tibbi xidmətin göstərilməsi deməkdir:

“Vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur.  İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur”.

Bundan başqa, qeyd etməliyik ki, əksər vaxt pasiyentlər tibbi xidmət ehtiyacı olmayan yaxınları ilə birgə tibb müəssisələrinə gəlirlər. Eyni zamanda yeni dərs ilinin başlaması ilə əlaqədar tibbi arayış üçün müraciət edənlər də çoxluq təşkil edir. Bu da əlavə sıxlıq yaradır.

Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müarciətlər növbəsiz şəkildə qəbul olunur.

Abşeron Rayon Mərkəzi Xəstəxanası Abşeron ərazisindən eləcə də ölkənin müxtəlif bölgələrindən müraciət edən vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə xidmət göstərir. Təkcə rayon ərazisində qeyri-rəsmi məlumatlara əsasən 800 000-ə yaxın əhali yaşayır.

Xəstəxanaya müraciət edənlərin sayının günlük 1500-2000 arasında dəyişdiyini nəzərə alsaq sıxlıq başa düşüləndir. Xəstəxana çox profillidir və müasir texniki bazaya malikdir.

Xəstəxananın rəhbərliyi tərəfindən əhaliyə əlçatan tibbi xidmətin göstərilməsi üçün Qeydiyyat bölməsi bir neçə ay öncə xəstəxananın geniş və işıqlı guşəsinə köçürülüb. Quraşdırılmış masalar göstərilən xidmətə uyğun (radioloji müayinələr üzrə, 3 yaşadək və əllilliyi olan şəxslər üzrə, şəhid ailəsi və qazilərlə iş üzrə, göndərişlər üzrə, arayışlar üzrə və s. masalar) adlandırılaraq daha operativ qeydiyyat işinin təşkili üçün şərait qurulub. Vətəndaşların rahatlığının təmin edilməsi üçün gözləmə zonası yaradılıb. Bölmə həftənin 6 (bazar ertəsi-şənbə) günü, səhər saat 08:30-dan etibarən vətəndaşlara xidmət göstərir.

Qeyd edək ki, tibb müəssisəsində elektron növbə sistemi də  qurulub.

***2023-09-06 14:25

Abşeron rayon Mərkəzi xəstəxanası yenidən növbə problemi ilə gündəmdədir. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, hazırda xəstəxananın girişində ajiotaj hökm sürür. Buna səbəb növbə prinsipinin işləməməsidir.

Şikayətçi bildirir ki, iki gündür səhər saatlarından etibarən xəstəxanaya gəlib-getsə də qəbula düşə bilməyib:

"Burda onlarla, bəlkə də yüzlərlə adam var. Cəmi bir polis var ki növbəni tənzimləsin. O da az qala başını itirib. 

Qeyd edək ki, sözügedən tibb müəsisəsinin adı dəfələrlə eyni problemlə hallanıb. Mətbuatda işıqlandırılan belə hadisələr isə təəssüf ki öz nəticəsini verməyib.

Həmin görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO

QALEREYA