SİZİN REKLAM BURADA!
055 213 76 73


Gördüyünüz toy 2016-cı ildə baş tutub. Toyda çox sayda məşhur və varlı insan var. Amma bizim üçün maraqlı olan əsas iki şəxsdir. Mübariz Mənsimov və onun biznes ortağı Levon Termenjyan.

Mübariz Mənsimov sonrakı illərdə, Türkiyədəki həbsinə qədər və ondan sonrakı dövrdə verdiyi bütün müsahibələrdə ermənilərlə biznes ortaqlığını, yaxınlığını qırmızı-qırmızı, pafoslu cümlələrlə danmışdı. Amma sənədlər, bank hesabları, bu toydan olan görüntülər tamam başqa cür, Mübariz Mənsimovu çılpaqlığı ilə ortaya qoydu: yalançı, riyakar, pula görə ayıya belə dayı deyən. Daha dəqiq desək, erməniyə belə ortaq deyən. Deməli, özü demişkən, o azərbaycanlı yox, satqındır.

Gördüyünüz toy və orada olan şəxslər haqqında da bir neçə söz deyək. Necə deyərlər, dostunu göstər, deyim kimsən. Toyu olan şəxs Sezgin Baran Korkmazın keçmiş şəriklərindən biri Bereket Önerdir. Sezgin Baran Korkmaz kirli pulların yuyulması və digər cinayətlərdə ittiham olunaraq Avropada həbs edildi, bütün şirkətləri və sərvəti müsadirə olundu.

İstintaq zamanı saxlanılan əməkdaşlarının etirafları ilə Sezgin Baran Korkmaz və ortağı Bereket Önerin kirli sxemləri tam sübuta yetirildi. Həmin etiraflardakı məlum sxemlərin müxtəlif mərhələlərində Mübariz Mənsimovun rolu da dəfələrlə qeyd olunur. Üstəlik də bu prosesdə Mübariz-Levon cütlüyünün əməlləri qabarıq şəkildə ortaya çıxır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

BAKU.WS
VİDEO