SİZİN REKLAM BURADA!
055 213 76 73


Xanəndə Pərviz Qasımov məşhur müğənni Seda Sayanın verilişinə qonaq olub.

BAKU.WS xəbər verir ki, muğam ifaçısı proqram zamanı müğənni Cengiz Kurtoğlunun “Duyanlara, duymayanlara” mahnısını ifa edib.

Bu barədə Qasımov sosial şəbəkə hesabında bildirib.

O, şəxsi instaqram hesabında həmin proqramdan olan görüntüləri yayımlayıb. Sənətçinin ifası zaldakı tamaşaçıları və Seda Sayanı feyziyab edib. 

Xatırladaq ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsüdür. Xanəndə sabiq baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

Məlumat üçün bildirək ki, “Duyanlara, duymayanlara” mahnısını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər zamanı ona dəstək verən vətəndaşlarla birlikdə oxuyub.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO