SİZİN REKLAM BURADA!
055 213 76 73


50 il əvvəl Bakıda məzun olan 1 saylı fizika-riyaziyyat təmayüllü Respublika internat məktəbinin şagirdləri məzun günündə görüşüblər.

BAKU.WS xəbər verir ki, onlar 1973-cü ildə bitirdikləri məktəbin həyətində görüşüblər.

Bu barədə İTV-də material nümayiş olunub. 

Çəkiliş zamanı şagirdlər parta arxasında əyləşdikləri siniflərində də olublar.

Sinifdəki 31 şagirddən cəmi 18-i bir araya gələ bilib. 6 nəfəri vəfat edib. 6 nəfər haqqında isə məlumat yoxdur. Onlar sinif rəhbərləri Tahirə Ağayevanı da görməyə gediblər. Onun hazırda 85 yaşı var. 

Ətraflı videomaterialda:

BAKU.WS
VİDEO