SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ölkəmiz böyük bir təbii fəlakət yaşadı. Türkiyədə ard-arda iki böyük zəlzələ baş verdi. 10-dan çox şəhərimizə, 10 milyondan çox vətəndaşımıza mənfi təsir etdi. Dərdimiz böyükdür. İtkilərimiz var. Ümid edirik ki, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə biz bu çətin günləri geridə qoyacağıq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Heydər Əliyev adına İdman Konsert Kompleksində gələn yardımlarla maraqlanan qardaş ölkə səfiri Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla bütün vətəndaşlarımıza təşəkkür edib:

"Azərbaycan dəvət gözləmədən köməyimizə gəldi. Buna görə də təşəkkür edirik. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə 7 təyyarə və minə yaxın canlı qüvvə hazırda təbii fəlakət bölgəsindədir. Ağır hava şəraitində çalışırlar və bizə dəstəklərini göstəririlər".

Natavan Hacıyeva, Təranə İbrahimova
BAKU.WS
VİDEO