SİZİN REKLAM BURADA!
055 213 76 73


İTV kanalında yayımlanan "Səs Azərbaycan. Doğma nəğmələr" yarışmasında maraqlı anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, müsabiqəyə qatılan Cozef Uvezele Okpamen adlı əcnəbi öz ifası ilə hər kəsi təəccübləndirib. O, yarış zamanı "Ay Laçın" mahnısını səsləndirib. 

Cozefin bu ifası zaldakı münsifləri və tamaşaçıları təəccübləndirib.

O, mahnısını bitirdikdən sonra münsiflər heyəti ilə söhbət edib. Cozef Nigeriya vətəndaşı olduğunu və Naxçıvan Dövlət Universitetində bakalavr təhsili aldığını açıqlayıb. Əcnəbi gənc müğənni İlqar Xəyalın komandasına qoşulub. 

Məlumat üçün bildirək ki, "Ay Laçın" Xalq mahnısıdır. 

Ətraflı videoda: 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO