VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"O səs Türkiyə"yə iki dəfə qatılan və münsifləri döndərə bilməyən Derya Yıldırım adlı iştirakçı yarışmanın Fransa versiyasında uğur əldə edib. Belə ki, iştirakçı bütün münsifləri döndərməyi bacarıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, 2013-cü ildə "O səs Türkiyə" yarışmasında "Sultan Süleyman" mahnısını ifa edən Yıldırıma münsiflərdən heç biri dönməmişdi. Münsiflərə Fransadan gəldiyini bildirdikdə münsiflər ona "Fransız mahnısı ifa etsəydin dönə bilərdik" demişdi. Bundan sonra gənc ifaçı 2012-ci ildə fransız mahnısını ifa etdiyini, lakin münsiflərin dönmədiyini bildirmişdi. 

Derya Yıldırım 3 il sonra Fransanın "Səs" yarışmasına qatılaraq  "Paradis Perdus" adlı mahnını piaonada ifa edib. Gənc ifaçı ifası ilə bütün münsifləri özünə tərəf döndərməyi bacarıb. O, fransız müğənni, bəstəkar və keçmiş model Zazieni seçərək onun komandasına daxil olub.
 
BAKU.WS