VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay sosial şəbəkələrdə 90 yaşlı Şərbanu adlı qadının işgəncələrə məruz qalması ilə bağlı görüntülər yayılmışdı. Onun bağlı qapılar arxasında baxımsız vəziyyətdə saxlanıldığı iddia edilirdi.

BAKU.WS xəbər verir ki, "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı həmin qadının evində olub. Onun gəlini Könül yaşadıqları evin Şərbanunun onun adına keçirdiyini, öldükdən sonra da mənzilin ona qalacağını bildirib. 

Bu zaman aparıcı Xoşqədəm Hidayətqızı Könülə yaşlı qadına evi qarşılığında baxdığını deyib. 

Könül iddia edib ki, Şərbanu dəfələrlə bu evi onun adına keçirib, sonra isə geri alıb. Onun sözlərinə görə, qadının bacısı övladları onu ruhi xəstəxanaya yerləşdirmək, hətta öldürmək istəyiblər. 

Həmin vaxt orada olan Şərbanunun bacısı qızı isə evin dövlətə keçməsini istədiyini deyib. O iddia edir ki, Könül onun xalasının qızıllarını, pensiya kartını, şəxsiyyət vəsiqəsini əlindən alıb. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO