SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda azyaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb. 

Bu haqda BAKU.WS-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, dəfələrlə valideynlərə uşaqların yanında spirtli içki istifadə etməmələri ilə bağlı müraciət edilib. Çünki uşaqlar bunu örnək olaraq sonradan təkrarlayırlar.

Azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı görüntüləri ilk dəfə Azərbaycan “Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə instaqram hesabında paylaşıb. Videodan təxminən azyaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içiblər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

*** 14:19

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o instaqram səhifəsində azyaşlı uşaqların spirtli içki qəbul etdiyi görüntüləri paylaşıb.

Videoda təxminən az yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki qəbul etdiyi açıq-aydın görünür.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO