VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm".

BAKU.WS xəbər verir ki, bu sözləri Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Türkan Hüseynova deyib.

Görmə məhdudiyyətli Türkanın 3 övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona bu uşağı dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini deyib. Lakin ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.

Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı çətinliklərdən də bəhs edib.

“Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.

BAKU.WS
VİDEO