SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.

BAKU.WS xəbər verir ki, diplomat bu barədə tvitter səhifəsində yazıb.

“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir...” - V.Kanevski qeyd edib.

Qeyd edək ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.

BAKU.WS