Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qarərgahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvədir.

1999-cu ildə yaranan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir.
 
Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elədə asan başa gəlmir. Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kusr sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatını ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün eksterimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar, onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.

Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözüməyi və s. kimi öyrədilir. Bu qrumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qrumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.
 
BAKU.WS