Yassin Benziyadan "Qarabağ"la bağlı paylaşım - "Hakim biabırçıdır"
23
apr
2026
10:39
Səudiyyə Ərəbistanın "Əl-Feyha" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia ötən gün Azərbaycan kubokunun yarımfinalında keçirilən "Sabah" - "Qarabağ" oyunundakı hakim idarəçiliyi ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi referinin idarəçiliyini biabırçı adlandırıb.
O, bu barədə instaqram hesabında paylaşım edib.
"Hakim biabrçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".
Qeyd edək ki, yarımfinalda 2:1 hesabı ilə qalib gələn "Sabah" finala adlayıb.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...