UFC-309: Con Cons Mioçiçə nokautla qalib gələrək çempionluq kəmərini qorudu
17
noy
2024
10:30
UFC-309 iventi yekunlaşıb.
BAKU.WS xəbər verir ki, turnirin əsas döyüşündə ağır çəkidə çempion Con Cons, çempionluğa iddialı Stipe Mioçiçlə üz-üzə gəlib. Con Cons rəqibini 3-cü raundda texniki nokauta salaraq çempionluq kəmərini qoruyub.
Turnirin ikinci dərəcəli döyüşündə yüngül çəkidə braziliyalı Çarlz Oliveyra ilə ABŞ-ni təmsil edən Maykl Çendler döyüşüb. Döyüş 5 raund davam edib. Hakimlərin yekdil qərarı ilə Oliveyra döyüşdən qalib ayrılıb.
Döyüşü izləyənlər arasında ABŞ-nin son prezidentlərində qalib gəlmiş Donald Tramp və onun komandasında yer alan İlon Mask da olub.
Oxşar xəbərlər
"Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA
İngiltərənin "Mançester Siti" klubunu böyük xal cəzası səbəbindən Premyer Liqadan aşağı liqaya düşmək təhlükəsi gözləyir. BAKU.WS xəbər verir ki, bu barədə "Da...