"Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
BAKU.WS xəbər verir ki, Dublindəki "Tolka Park" arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
***23:02
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Şelburn"la matçda hesabı açıb.
BAKU.WS xəbər verir ki, Ağdam klubunun heyətində Leandro Andrade 12-ci dəqiqədə fərqlənib - 1:0.
***22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.
Oxşar xəbərlər
Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasına düşdü
UEFA-nın mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində Çempionlar Liqasında həftənin rəmzi yığmasını dərc edib. BAKU.WS xəbər verir ki, "Qarabağ"ın müdaf...