“Səbail”ə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək

“Səbail”ə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək
İdman 1366
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda “Səbail”lə qarşılaşan “Qarabağ” bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək."Qafqazinfo" xəbər verir ki, buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzində meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb.Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək.Qeyd edək ki, “Qarabağ” bu oyunda “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. Xatırladaq ki, bu, cari mövsümdə ikinci belə hadisədi. Daha öncə 4-cü turda məhz "Səbail"lə səfər matçında 1:1 hesablı heç-heçəyə nail olan "Zirə" də adı protokolda qeyd olunmayan futbolçunu oynatdığı üçün texniki məğlubiyyət almışdı.BAKU.WS

Oxşar xəbərlər

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Sentyabrın 29-da futbol üzrə Topaz Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək.BAKU.WS bildirir ki, tur iki günü əhatə edəcək. "Bakcell Areana"dakı a...

906 İdman 16:20 29 sentyabr 2018

Son xəbərlər