Sabah - Maroussi oyunu bu gün İctimai TV-də CANLI YAYIMLANACAQ

Sabah - Maroussi oyunu bu gün İctimai TV-də CANLI YAYIMLANACAQ
Foto
İdman 34

"Sabah" BK (Azərbaycan) - Maroussi BK (Yunanıstan) oyunu bu gün (16 oktyabr 2024-cü il) Bakı İdman Sarayında keçiriləcək.

İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq oyun saat 19:00-da başlayacaq.

BAKU.WS xəbər verir ki, FIBA Avropa Kubokunun müntəzəm mövsümündə "G" qrupunun 2-ci turu çərçivəsində keçiriləcək "Sabah" BK - Maroussi BK oyununu izləmək üçün biletlərin qiyməti 2,5 - 10 manat təşkil edir.

Oyuna biletləri "iticket.az"da əldə etmək mümkündür. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bilet əldə edə bilməyənlər İctimai Televiziyanı izləməklə oyunun hər anını canlı olaraq izləyə biləcək.

Oyunu İctimai TV-nin rəsmi Youtube səhifəsində də izləmək mümkün olacaq.

İdmançılarımıza uğurlar, tamaşaçılara isə xoş seyrlər arzu edirik!

Son xəbərlər