Robbi Kin: "Qarabağ"la oyunda çox sadə qollar buraxdıq
İlk hissə yaxşı keçdi, inamlı oynadıq, hətta qol da vurduq.
Bu sözləri Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis bildirib ki, Bense Etvöşün zədələnməsi komandasını bir qədər geri saldı: "Təəssüf ki, çox sadə qollar buraxdıq. Oyuna daha çox nəzarət etmək istərdik".
R.Kin Bakıda oynanılacaq cavab matçına da toxunub: "Rəqibin artıq qalib gəldiyini düşünməsi bizə ümid verir. Futbolda hər şey ola bilər, bu vəziyyətdən çıxmaq olar".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a...