"Real" səfərdə "Siti"dən üstün oldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi "Brest"lə üz-üzə gəlib və oyun Paris klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərənin "Mançester Siti" komandası evdə İspaniya "Real"ını, "Yuventus" (İtaliya) isə PSV-ni (Niderland) qəbul edib. Almaniya təmsilçisi "Borussiya" (Dortmund) səfərdə "Sportinq"lə (Portuqaliya) qarşılaşıb.
Oyunların nəticələrinə görə, "PSJ", "Borussiya", "Real Madrid" və "Yuventus" komandaları meydandan qalib ayrılıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
"Brest" (Fransa) – "PSJ" (Fransa) - 0:3
"Sportinq" (Portuqaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 0:3
"Mançester Siti" (İngiltərə) – "Real" (İspaniya) - 2:3
"Yuventus" (İtaliya) – "PSV" (Niderland) - 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.
Oxşar xəbərlər
"Botafoqo" Pedro Bikalyo üçün yenidən rəsmi təklif göndərdi
Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun transferi üçün ikinci dəfə rəsmi müraciət edib. BAKU.WS xəbər verir ki, "Globo"nun...