Qurban Qurbanovla Azərbaycan millisinin üzvü arasında münasibətlər korlanıb? - RƏSMİ CAVAB

Qurban Qurbanovla Azərbaycan millisinin üzvü arasında münasibətlər korlanıb? - RƏSMİ CAVAB
Açıqlama Video
İdman 309

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları "Sabah"la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.

Təcrübəli mütəxəssislə futbolçu arasında olan bu görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: "Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Q. Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var".

***12:10

"Qarabağ"ın ba məşqçisi Qurban Qurbanovla komandanın müdafiəçisi, Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə arasında münasibətlər korlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a etibarlı mənbədən məlumat verilib.

Mütəxəssis Misli Premyer Liqasının XXXII turunda, "Qarabağ"ın çempionluğu rəsmiləşdirdiyi "Sabah"la matçdan sonra paltardəyişmə otağında futbolçularla bir-bir görüşsə də, Bəhlul Mustafazadəyə əl uzatmayıb.

Mənbənin məlumatına görə, buna səbəb son vaxtlar Qurbanovla milli üzvü arasında yaranan soyuq münasibətdir. Baş məşqçinin müdafiəçiyə münasibətinin dəyişməsi ötən gün klubun sosial şəbəkə hesablarında paltardəyişmə otağından yayımlanan videoda da açıq şəkildə görünür.

Ümumiyyətlə, Qurban Qurbanov Mustafazadəni "Sabah"la matçda meydana da buraxmayıb. Milli üzvünün adı matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyat oyunçular skamyasında oturub.

Qeyd edək ki, Ağdam təmsilçisi ötən gün baş tutan matçda "Sabah"la heç-heçə edib - 1:1. Bununla da komanda 11-ci çempionluğunu rəsmiləşdirib.

Son xəbərlər