Qurban Qurbanov: "UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram"

"Bakıda keçiriləcək UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Belə ki, o, qarşıdan gələn "UFC Fight Night: Hill vs Rountree Jr." turniri ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
"Hamını 21 iyun tarixində "Baku Crystal Hall"a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək nümayiş etdirməliyik. "Baku Crystal Hall"da Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında "Qarabağ"ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik".
Oxşar xəbərlər
Merab Dvalişvili: "Nazim döyüşə çıxanda böyük sürprizin şahidi olacaqsınız"
"Biz Nazimlə çoxdan dostluq edirik. Nyu-Yorkda bir yerdə məşq etmişik. Onun UFC-də ilk döyüşünü də izləmişəm. Hazırda biz onunla Las-Veqasda birgə məşq edirik"....
