Qardaşına qalib gəlib çempion oldu
Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, yarışın 97 kq çəki dərəcəsində qızıl medal uğrunda həlledici görüşdə "Neftçi" İdman Klubunun üzvləri olan iki qardaş – Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gəliblər.
Görüşdə qalib gələn Murad Əhmədiyev (97 kq) ardıcıl ikinci dəfə çempion olub.
Bildirək ki, qardaşlardan Murad Əhmədiyev ötən ilin sentyabrında Zaqrebdə keçirilən dünya çempionatında erməni rəqibi, çoxqat dünya və Avropa çempionu Artur Aleksanyanı məğlub etmişdi. Məhəmməd Əhmədiyev isə U-23 yaş qrupu üzrə beynəlxalq turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, yanvarın 7-də start verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına ayın 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib. BAKU.WS report-a istinadən xəb...