"Qarabağ" UEFA reytinqində irəlilədi - SİYAHI
Azərbaycan çempionu "Qarabağ" növbəti beynəlxalq uğuru ilə yadda qalıb. Komanda UEFA-nın klub reytinqində 4 pillə yüksələrək 65-ci yerə qalxıb.
BAKU.WS-in məlumatına görə, bu irəliləyiş, Ağdam klubunun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" komandası üzərində əldə etdiyi iki ardıcıl qələbə (3:0 və 1:0) nəticəsində baş verib.
Baş məşqçi Qurban Qurbanovun yetirmələri bu nəticə ilə həm 3-cü mərhələyə vəsiqə qazanıb, həm də UEFA reytinq xallarını artıraraq, 2024/25 mövsümünü başa vurduğu 69-cu yerdən 4 pillə yuxarı qalxıb.
Qeyd edək ki, UEFA-nın klub reytinqi son 5 mövsümün nəticələrinə əsasən hesablanır.
Eyni zamanda, "Qarabağ"ın bu uğuru Azərbaycanın ümumi UEFA reytinqinə də təsir göstərib. Belə ki, ölkəmiz 29-cu yerdən 28-ci pilləyə yüksəlib.
Xatırladaq ki, siyahıya "Real Madrid" klubu başçılıq edir. İlk üçlükdə "Bavariya" və "İnter Milan" klubları yer alır.
Oxşar xəbərlər
"Qarabağ"ın "Çelsi"dən xal qazanması gözlənilən idi?
"İdmanda nə baş verir?" podkastının yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılış UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın öz meydanında "Çelsi"...