"Qarabağ"ın futbolçusu millidən kənarlaşdırıldı
02
iyn
2025
17:27
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən "Skonto" stadionunda Latviya, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...