"Qalatasaray"la "Beşiktaş" arasında baş tutan derbinin hakimi ölüm təhdidləri alır
Türkiyə superliqasının 10-cu həftəsində "Qalatasaray"la "Beşiktaş" arasında oynanılan derbi matçını idarə edən hakim Arda Kardeşler ölüm təhdidləri aldığını əsas gətirərək prokurorluğa müraciət edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Kardeşler telefonuna gələn təhdid mesajlarını və zəng qeydlərini vəkilləri vasitəsilə prokurorluğa ötürüb.
Prokurorluq bu barədə araşdırmalara başlayıb.
Xatırladaq ki, Superliqanın 10-cu həftəsində keçirilən derbidə "Qalatasaray" "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb. RAMS Parkda oynanan matçdan sonra hakim Arda Kardeşler verdiyi qərarlara görə tənqid hədəfinə çevrilib.
Sosial mediada haqqında sərt fikirlər səsləndirilən Arda Kardeşler üçün Beşiktaş Klubu da sərt açıqlama verib.
"TFF rəhbərliyi seçkilər öncəsi futbolda ədaləti təmin edəcəklərini, səhvləri bağışlamayacaqlarını, belə desək, yeni səhifə açacaqlarını bəyan edərək vəzifəyə başladılar. Ancaq , dünən axşam göründü ki, türk futbolunda heç bir dəyişiklik yoxdur! Bu mütəşəkkil şər dəstəsi işinə davam edir. Biz yox, ölkənin bütün futbol qurumları dünən axşam oynanılan oyunun qarşı tərəfə necə verildiyini sübut və əsaslandırmalarla izah etdi və bu mütəşəkkil şər quldur dəstəsini məhv edəcəklərini bəyan edərək vəzifəyə gələnlərə göstərdilər. Futbolçularımızın təri dəyərli və müqəddəsdir. Biz o əməyin oğurlanmasına heç vaxt icazə verməyəcəyik! Bu baxımdan son matçın qəhrəmanı Arda Kardeşler dərhal fitini asacaqdır! "Ağıl və vicdan sahibi hər kəs kimi biz də Türkiyədə bir klubu qorumaq üçün qurulan nizam-intizamdan xəbərdarıq", - deyə klubun yaydığı bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadion...