"Qalatasaray"dan göndərilən Zaha Fransada da sərt tənqid olunur
Keçən mövsümün əvvəlində böyük ümidlərlə "Qalatasaray"a transfer olunan Vilfrid Zaha enişli-çıxışlı performansı və baş məşqçi Okan Burukla yaşadığı problemlərdən sonra bu mövsümün əvvəlində Fransanın "Lion" komandasına icarəyə verilib.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, ulduz futbolçu Fransada da tənqidlərə tuş gəlir.
Belə ki, Vilfrid Zaha komandasının "Tuluza"ya səfərdə 2:1 hesablı məğlubiyyətindən sonra ağır tənqidlərə məruz qalıb.
"Tuluza" ilə oyuna daxil olduqdan 5 dəqiqə sonra o, Said Benrahmanın qoluna assistentlik edib. Qarşılaşmanın ilk 11 dəqiqəsində şans qazanan Zaha effektsiz oyunundan sonra 58-ci dəqiqədə oyundan çıxarılıb.
Matçdan sonra Dazn-a danışan "Lion"un baş məşqçisi Pierre Sage Zahanın tənqidləri ilə bağlı bunları deyib: "O, oyundan çıxarılan ilk oyunçu oldu. Onun yaxşı olacağını bilirəm. O, getdikcə güclənir."
Fransanın idman qəzeti L"Equipe tərəfindən 10 mümkün baldan 2 balla matçın ən pisi seçilən Zahanın çıxışına "Lion" azarkeşləri də reaksiya verib. Bildirilib ki, Zahanın mənfi çıxışı ilə yanaşı, meydanda "ehtiyatsız" davranışı da azarkeşlərin reaksiyasına səbəb olub.
Fransa mətbuatı da Vilfrid Zahanın çıxışını sərt sözlərlə tənqid edib: "O, bu matça baxmağa gələn 30 027-ci izləyicidən biri kimi idi. O, ləng görünürdü və heç bir fərq yaratmadı, zəif olduğu üçün çoxlu top itirdi."
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...