PSJ onu heyətinə qatmaq istəyir
PSJ klubu "Mançester Siti"nin hücumçusu Erlinq Holandın vəziyyəti ilə bağlı məxfi sorğu göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırda norveçli forvard "şəhərlilər"in düşərgəsini tərk etmək niyyətində deyil.
Qeyd olunur ki, Madrid "Real"ı və "Barselona" hesab edir ki, Holandın müqaviləsində məhz bu iki İspaniya nəhənginin futbolçunu münasib qiymətə transfer etməsinə imkan verən bənd var.
Cari mövsümdə Holand bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib, 29 qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2034-cü ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalının məlumatına əsasən, oyunçunun bazar dəyəri 200 milyon avro təşkil edir.
Oxşar xəbərlər
Dünya Çempionatının ən bahalı milli komandaları - Türkiyə də siyahıdadır
2026-cı il dünya çempionatı öncəsi milli komandaların heyət dəyərləri açıqlanıb. BAKU.WS xəbər verir ki, siyahıda Fransa millisi 1-ci, Türkiyə millisi isə ilk...