"Panatinaikos" klubu "Qarabağ"ın futbolçusu üçün skaut göndərib
24
okt
2025
14:05
"Panatinaikos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.
BAKU.WS Azerisport.com-a istinadla xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik Bilbao" ilə matçına öz skautlarını göndəriblər.
Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir.
"Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.
Oxşar xəbərlər
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər. Azərbaycan Taekvondo Federasiyasından BAKU.WS-ə veri...