"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
"Neftçi" futbol klubunun transfer etdiyi kamerunlu hücumçu Vensan Abubakar Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, məşhur futbolçunu gətirən təyyarə ötən gün, gecə saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
"Neftçi"nin azarkeşləri Vensan Abubakarı qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına toplaşıblar.
Xatırladaq ki, "Neftçi" klubu ötən gün yeni transferini açıqlayıb. Paytaxt təmsilçisi 33 yaşlı Vensan Abubakarla müqavilə imzalayıb.
Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi "Hatayspor" olub.
Qalereya
Oxşar xəbərlər
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib. "Bank Respublika Arena"da g...