"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib.
Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
***21:01
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***20:25
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
***19:56
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0.
"Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***19:38
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
***19:04
Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?
Ağdamın "Qarabağ" klubu "Benfika" və "Kopenhagen" üzərində qələbələrdən sonra 6 xalla Çempionlar Liqasının ilk "altılığında" yer alır. BAKU.WS-in məlumatına gö...
