"Neftçi" Fatih Terimi yeni baş məşqçisi edə bilər
Türkiyə futbolunun ən uğurlu məşqçilərindən sayılan Fatih Terim "Neftçi"nin yeni baş məşqçisi ola bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə futbol tarixində ən çox kubok qazanan məşqçi Fatih Terim Azərbaycanda çalışmaqda maraqlıdır.
Mövsümə uğursuz başlayan "Neftçi" mövsümü bərpa etmək üçün Terimi komandaya rəhbər təyin etməyi planlaşdırır. Qeyd olunub ki, indiki şəraitdə Terimin maaşını ödəyə biləcək ən güclü namizəd "Ağ-qaralar"dır.
Xatırladaq ki, Fatih Terim sonuncu dəfə "Panatinaikos"da çalışıb, may ayından sonra heç bir klubda işləməyib.
Paytaxt təmsilçisinin çalışdırıcısı Roman Qriqorçuk son 8 görüşdə 5 heç-heçə və 3 məğlubiyyətlə üzləşib. Bu performans klubun Fatih Terimi gətirəcəyi iddialarını daha da gücləndirir.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir. BAKU.WS xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb. Birgül Soltanov...