Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan cüdo turniri keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 2010-2013-ci il təvəllüdlü oğlan və qız cüdoçular qüvvələrini sınayıblar.
Yarışda 70 idmançı medallar uğrunda mübarizə aparıb.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov iştirakçıları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
O, əlavə edib ki, hər il olduğu kimi, bu dəfə də muxtar respublikada Heydər Əliyev dühasına hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər, o cümlədən idman yarışları keçirilir. Bu kimi tədbirlər eyni zamanda məşqçi, hakim və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə, bədən tərbiyəsi və idmana marağın artırılmasına hədəflənib.
Yarış açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və mübarizəyə start verilib. Görüşləri Azərbaycan Cüdo Federasiyasının hakimləri idarə ediblər.
Davud Məmmədzadə (38 kq), Onur Fərzəliyev (42 kq), Fuad Cəlilzadə (46 kq), Elvin Cəfərov (50 kq), Yusif Əsədli (55 kq), Hüseyn Mustafayev (60 kq), Sadiq Rzazadə (66 kq), Səccad Heydərov (73 kq), Mirməhəmməd Hacılı (+73 kq), Ləman Bağırova (36 kq), Nuray Cabbarli (40 kq), Yağmur Əlizadə (44 kq), Nuray Kərimova (48 kq) və Aysu Səfərova (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yerin sahibləri diplom və medallarla təltif olunublar. Mükafatlandırmada nazir müavini Məcid Seyidov da iştirak edib.
Oxşar xəbərlər
"Liverpul" Trent Aleksander-Arnolda əvəzləyici tapıb
İngiltərə təmsilçisi "Liverpul" cari mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnolda əvəzləyici tapıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, m...
