Mourinyo "Lion"la oyundakı hakimləri sərt tənqid etdi

Mourinyo Lionla oyundakı hakimləri sərt tənqid etdi
İdman 50

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda "Lion"la keçirdikləri (0:0) oyunda hakimlərin qərarlarını sərt tənqid edib.

BAKU.WS xəbər verir ki, portuqaliyalı baş məşqçi həmçinin VAR-ı da hakimlərin səhvini düzəltməməkdə ittiham edib.

"VAR haqqında danışmalıyıq. Çünki hakim Şimanskiyə qarşı Kumbedinin etdiyi qayda pozuntusuna görə sarı vərəqə göstərərək səhv etdi.

Lakin VAR hakimə səhvləri düzəltməkdə kömək etmək üçün var. Ancaq bu, baş vermədi! Onlar baş hakimi ekrana dəvət etmədilər. Əgər o təkrara baxsaydı, qırmızı vərəqə verərdi.

Söhbət İtaliyada çox məşhur olan Paolo Matszoleni haqqında gedir. Məhz həmin Paolo Matszoleni baş hakimi ekrana çağırmadı. Məncə, baş hakimin səhvlərini anlamaq olar. Amma VAR bu səhvləri düzəltmək üçün mövcuddur və o, bunu etmədi.

İkinci hissədə Kumbedi oyunçunun boğazından tutdu. Bu, UFC döyüşündəki hərəkətə bənzəyirdi. Şimanski qapıya tərəf irəliləyirdi. Bu, ikinci sarı vərəqə olmalı idi. Bunlar böyük səhvlərdir və şübhəsiz ki, oyunun gedişatına ciddi təsir göstərdi. Oyundan danışmaq, bunları qeyd etmədən mümkün deyil",- deyə Mourinyo bildirib.

Hazırda "Fənərbaxça" turnir cədvəlində 9 xal toplayaraq 23-cü yerdə qərarlaşıb.

Son xəbərlər