Mikayıl Cabbarov: Hacı Əliyev hər zaman komanda yoldaşlarına nümunə olub

O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyevin karyerasını baş vurması ilə bağlı sosial şəbəkə hesabında yazıb.
"Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı", - deyə AGF rəhbəri bildirib.
Oxşar xəbərlər
Bu gün Hacı Əliyevin doğum günüdür!
Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə 3 qat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, dördqat Avropa çempionu Hacı Əliyevin 33 yaşı t...
