Messinin oğlu başqa futbolçunun formasını geyindi
Yeniliklərdən dərhal xəbərdar olun
"İnter Mayami"nin hücumçusu Lionel Messi sosial şəbəkələrdə ailəsi ilə birlikdə velosiped sürərkən görüntülər paylaşıb. Videoda Messinin oğlunun paltarı diqqət çəkib.
BAKU.WS xəbər verir ki, argentinalı futbolçunun oğullarından biri "Barselona"nın köynəyində velosiped sürüb.
Bu, 17 yaşlı cinah oyunçusu Lamin Yamalın nömrəsi və soyadı olan paltar olub. Sözügedən kadrlar "Barselona" və Messi azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən "İnter Mayami"yə keçmişdi. Bu müddət ərzində argentinalı klubda 39 oyun keçirib, bu oyunda 34 qol vurub və 19 məhsuldar ötürmə edib. Transfermarkt internet portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...