Mahmud Qurbanov: "Qarabağ" "Ferentsvaroş"la oyunda hesabı qorumaq barədə düşünməyəcək"
"Qarabağ" "Ferentsvaroş"la (Macarıstan) oyunda hesabı qorumaq barədə düşünməyəcək.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a qarşı cavab matçında da qələbə qazanacağını söyləyib:
"Liqa mərhələsinə düşmək üçün "Qarabağ"ın şansı daha yüksəkdir. Səfərdəki 3:1 hesablı qələbə çox vacib idi. Təmsilçimizin hesabı qorumaq barədə düşünəcəyinə inanmıram. Çünki "Qarabağ"ın öz oyun dəsti-xətti var və bu axşam onu görəcəyimizə əminəm".
O, "köhlən atlar"ın Liqa mərhələsinə vəsiqə qazanacağı təqdirdə yeni tarix yazacağını vurğulayıb:
"Qarabağ" axşam istəyinə çatsa, Azərbaycan futbolu üçün yeni səhifə açılacaq. Düzdür, bir dəfə bu sevinci yaşamışıq. Ancaq yenə də eyni hissləri yaşamaq gözəl olardı. Heyətin güclənməyə ehtiyacı olub-olmamağını məşqçilər korpusu deyə bilər. Lakin istənilən halda Liqa mərəhləsində daha güclü futbolçulara ehtiyac duyula bilər".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
DÇ-2026-nın ən məhsuldar komandası hansı olacaq?
İyunun 11-də start götürəcək futbol üzrə 2026-cı il Dünya çempionatında ən çox qol vuracaq komandanın hansı olacağı maraq doğuran mövzulardan biridir. BAKU.WS-...