Macarıstan KİV "Qarabağ"ın qələbəsindən nə yazır? - "Ferentsvaroş" "dağıldı"

Macarıstan KİV Qarabağın qələbəsindən nə yazır? - Ferentsvaroş dağıldı
İdman 184

UEFA Çempionlar Liqasının play-off mərhələsində keçirilən "Ferentsvaroş" – "Qarabağ" oyunu dramatik anlarla yadda qalıb.

BAKU.WS-in məlumatına görə, Budapeştdə baş tutan görüşdə Azərbaycan təmsilçisi səfərdə 3:1 hesablı qələbə qazanaraq böyük üstünlük əldə edib.

Oyunun ilk hissəsində meydan sahibləri hesabı açsa da, ikinci yarıda tam fərqli mənzərə yaşanıb. "Qarabağ" sürətli və dəqiq hücumlarla üç cavab qolu vuraraq matçın gedişatını dəyişib.

Macarıstan mediası bu görüşü geniş işıqlandırıb.

"Origo.hu" oyunu "Dramatik dönüş" adlandıraraq yazıb ki, "Ferentsvaroş" üçün qrup mərhələsinə çıxmaq artıq çox çətin olacaq.

"M4sport.hu" isə diqqəti uzun müddətdən sonra Budapeştdə belə böyük hesabla məğlubiyyət alınmasına yönəldib.

"Index.hu" məqaləsində ilk hissədəki üstünlüyün ikinci hissədə tamamilə əldən verildiyini və komandanın "dağıldığını" vurğulayıb.

"Flashscore" isə "Qarabağ"ın bu qələbəsini "Çempionlar Liqasının əsas mərhələsinə iri addım" kimi qiymətləndirib.

Qeyd edək ki, "Ferentsvaroş"un futbolçuları oyundan sonra məyus olduqlarını, amma cavab qarşılaşmasında nəticəni dəyişməyə çalışacaqlarını bildiriblər.

Bu nəticə ilə "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə çıxmaq yolunda mühüm üstünlük əldə edib. Cavab oyunu gələn həftə Bakıda keçiriləcək.

Son xəbərlər