Macarıstan KİV dünənki oyundan nə yazır?

Macarıstan KİV dünənki oyundan nə yazır?
İdman 129

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Macarıstan mediası matçın dramatik keçdiyini və "Ferentsvaroş"un Çempionlar Liqasına çıxmaq şansı üçün kritik anları əldən verdiyini vurğulayıb. Səfərdə qazandığı qələbəyə baxmayaraq, ümumi nəticə macar klubunu turnirdən uzaqlaşdırıb.

Macarıstan KİV-lərindəki təhlillərə nəzər yetirək:

  • Index.hu canlı yayım səhifəsi ("percről percre") oyun gedişindən xəbər verib. O, matçın nəticəsini qeyd edir: "Qarabağ" 5–4-lük ümumi hesabla Çempionlar Liqsının qrup mərhələsinə yüksəldi, "Ferentsvaroş" qələbə qazanmasına baxmayaraq bu yetərli olmadı".

  • Hungarian Conservative portalındakı yazıda qeyd olunub: "Ferentsvaroş" "Qarabağ"ı məğlub etsə də, liqada qalmadı - 3–2 nəticəsinə baxmayaraq, ümumi hesabla (5–4) uduzdu".

  • Telex.hu-nın xəbərində yazılıb:

    "Qarabağ" 2017/18 mövsümündən sonra yenidən Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.

  • Eurosport Magyarország yazır:

    ""Ferentsvaroş" Bakı səfərində böyük mübarizə apardı və qələbə qazandı (3-2), ancaq ümumi hesabla (5-4) turnirə vəsiqəni ala bilmədi.

  • Knykk.hu başlıqlı yazıda qeyd var:

    "Ferentsvaroş" "Qarabağ"ı məğlub etdi, amma Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilmədi".

  • Pestisracok.hu saytı xəbərində ifadə edilir:

    "Ferentsvaroş" böyük əzmkarlıqla oyuna daxil oldu və Qarabağ"ı məğlub etdi, lakin möcüzə baş tutmadı - ümumi hesabda 4-5 ilə uduzdu. "Ferentsvaroş" Avropa Liqasının əsas mərhələsində mübarizəsini davam etdirəcək."

Son xəbərlər