Leonel Messi millidəki qol sayına görə ikinci oldu

Leonel Messi millidəki qol sayına görə ikinci oldu
İdman 47

Argentina 2024-cü il Amerika Kubokuna hazırlıq çərçivəsində Qvatemala ilə yoldaşlıq oyununda 4:1 hesabı ilə qalib gəlib. Argentinanın kapitanı Leonel Messi dubla imza atıb.

BAKU.WS "The Athletic"ə istinadən xəbər verir ki, "Barselona"nın və PSJ-nin keçmiş forvardı milli komandada vurduğu qolların sayını 108-ə çatdıraraq, bu göstəricidə iranlı qolçu Əli Daei ilə bərabər olub.

Xatırladaq ki, millidə qol sayına görə rekordçu “Real Madrid”in keçmiş hücumçusu Kriştiano Ronaldodur. Onun Portuqaliya millisində 130 qolu var. 2024-cü ilin yayında Ronaldo Portuqaliya millisinin tərkibində Avro-2024-də iştirak edəcək və qrup mərhələsində Türkiyə, Gürcüstan və Çexiya ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Son xəbərlər