Laporta "Barselona"nın maliyyə vəziyyətini açıqlayıb
"Barselona"nın prezidenti Xuan Laporta Kataloniya klubunun hazırkı maliyyə durumu haqda danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, "Barselona"nın maliyyə probleminin aradan qaldırıldığını bildirib.
"Biz "Barsa"nın maliyyə bərpasını tamamladıq. Bunu improvizasiya olmadan yadud kənardan kömək olmadan etdik. Biz bir çox dəyərlərə, prinsiplərə və etikaya malik klubuq. Barselona bir klubdan daha artığıdır", - deyə Laporta bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Kataloniya klubu "Barselona"nın rəhbərliyindəki müxalifət qrupları prezident Xuan Laporta və onun idarə heyətini dərhal istefaya çağırıb. Bu qərarın əsas səbəblərindən biri klubun yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktorun qeydiyyatdan keçməsi, həmçinin Nike ilə müqavilənin uzadılması prosesidir.
Oxşar xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Qurum Y...